- Baxış sayı: 28
- 21 Aprel 2025 23:46
- Baxış sayı: 96
- Aprel 21, 2025
- 0
Bu gün AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, aparılan müzakirələrdən sonra ölkə kuboku ilə bağlı qərarlar qəbul olunub:
1/4 finalda “Neftçi” – “Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur. Oyunun 90+4-cü dəqiqəsində “qartallar”ın müdafiəçisi Yovan Krneta hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün, 4 oyun cəzalanır və klub 3200 manat cərimə olunur.
Azərbaycan kubokunun 1/4 mərhələsinin “Sumqayıt” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur.