Ağdam klubu İspaniya millisinin futbolçusunu transfer edib

“Qarabağ” Qaspar Panadero Zamoranı transferini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, 2014-2020-ci illərdə “Almeriya”da çıxış edən 23 yaşlı vinger, sonra Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vahda” komandasına transfer olunub.

Orda cəmi 5 oyun keçirən Samora azad agent statusu alıb və “Kadis”ə keçib. İspaniyalı futbolçu 2020/2021-ci illər mövsümünü Sequndada çıxış edən “Ponferradina”da icarə əsasında keçirib.

O, son komandasında 24 oyuna 1 qol  vurub.

Həmin kateqoriyadan