Ağdam klubunda 200-cü oyunu

Premyer liqanın 3-cü turunun “Turan Tovuz”la təxirə salınan oyunu Bədavi Hüseynov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı müdafiəçi “Qarabağ”ın heyətində çempionatda 200-cü matçına çıxıb. O bu klubun heyətində 2012/13 mövsümündə debüt edib, 200 oyunda 4 qol vurub.

Müdafiəçi 3 gün öncə daha bir yubileyini qeyd edib. 13-cü tur Bədavinin “Qarabağ”da bütün turnirlər nəzərə alınmaqla, 300-cü matçı olub.

Hüseynov “Qarabağ”ın tarixinə Azərbaycan çempionatlarında 200 və daha çox görüşə çıxan 12-ci futbolçu kimi düşüb. Ona qədər 11 oyunçu buna sevinib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish