- Baxış sayı: 36
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı məğlubiyyətsiz oyunlar sıralaması 30-a yüksəlib. Allsport.az saytı xəbər verir ki, seriya yubiley həddinə premyer liqanın 11-ci turunda çatıb.
Qurban Qurbanovun komandası “Turan Tovuz”la ev matçında 3 cavabsız qolla qalib gəlib. Mövsümün 10 matçının hamısında qələbə qazanan “Qarabağ” ötən çempionatı ardıcıl 20 görüşdə uduzmamaqla başa vurub.
Ağdam klubunun son məğlubiyyəti 2021-ci il oktyabrın 25-nə təsadüf edib. Səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi bu müddətdə 26 qələbə qazanıb, 4 heç-heçə edib. Seriya dövründə 90 qol vuran “Qarabağ” 16 top buraxıb.