Allahverdi Bağırova xatirə turniri

“ASAN könüllülük” məktəbinin və “Qarabağ” klubunun birgə əməkdaşlığı ilə “Dostluq” turniri keçiriləcək.  Allsport.az xəbər verir ki, turnir milli qəhrəmanı Allahverdi Bağırovun əziz xatirəsinə həsr olunacaq.

Aprelin 22-də “Qarabağ”ın oyunçusu və baş məşqçisi kimi fəaliyyət göstərmiş, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 75-ci ili tamam olur.

Gənclərin diqqətinin bu əlamətdar təqvim gününə cəlb edilməsi, milli qəhrəmanımızın əziz xatirəsinin anılması və könüllülər arasında təbliği məqsədilə ASAN könüllüləri tərəfindən 12–22 aprel tarixində “Dostluq” turniri təşkil olunacaq.

Turnir çərçivəsində 12 qurumun könüllülərindən ibarət komandalar yarışacaq.

Həmin kateqoriyadan