“Alov, top və butanı bir model içində göstərməyə çalışdım”

Peşəkar futbol liqasının elan etdiyi loqo müsabiqəsinin qalibi mükafatlandırılıb. Allsport.az saytı xəbər verir ki, ən yaxşı loqonu hazırlayan Fərhad Sultanov 2000 manat pul mükafatı qazanıb. O, uğuru ilə bağlı təəssüratlarını bölüşüb: “Müsabiqəni təşkil etdiyiniz üçün təşəkkür edirəm, iştirak etmək çox xoş oldu. Qələbə hissi əvəzolunmazdır. Böyük rəqabət içində seçilmək insana əla motivasiya verir. Gələcəkdə hazırladığım loqonun bir çox yerlərdə qarşıma çıxacağını bilmək məni xoşbəxt edir.

Peşəkar Futbol Liqasının loqosu indiyə kimi hazırladıqlarımın içində ən yaxşılardandır deyə düşünürəm. Məncə, qələbəmdə, loqonun ruhunu aşılamağımda yeniyetmə yaşlarımda futbolla məşğul olmağım böyük rol onadı. Məlumatlı olduğum sahə üzrə iş görmək, onu yaşayaraq etmək insana zövq verir. Azərbaycan futbolunu yaxından izlədiyim üçün loqoda nəyə əsaslanacağımı qərar verməkdə çətinlik çəkmədim.

Alov, top, butanı bir model içində göstərməyə çalışdım. Hazırladığım loqo bir dünyadır, içində top təsvir olunub. Kürənin içində butanı bir simvol kimi göstərmişəm. Həmçinin milli atribut olaraq alovdan istifadə etmişəm. İnanıram ki, PFL-in yeni loqosu uğurlu olacaq.”

Həmin kateqoriyadan