- Baxış sayı: 19
- 07 Avqust 2026 10:00
- Baxış sayı: 187
- Avqust 05, 2026
- 0

“Keşlə”nin futbolçusu Amil Yunanov karyerasında 40-cı qolu vurub. Allsport.az saytı xəbər verir ki, yubiley qolu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununa (1:1) təsadüf edib. O bu qollardan 33-nü premyer liqa, 7-ni Azərbaycan kubokunda vurub.
Qol hesabını 2011/12 mövsümündə “Qəbələ”də çıxış etdiyi vaxt açan Yunanov “Sumqayıt”da daha çox fərqlənib. O, bu klubda 28 dəfə çempionat, 6 dəfə kubokda rəqib qapısına yol tapıb.
“Keşlə”də 5-ci qolunu vuran hücumçu 4 dəfə Premyer Liqada fərqlənmişdisə, yeni klubunda ilk kubok qoluna sevinib.