- Baxış sayı: 26
- 10 Noyabr 2026 11:54
- Baxış sayı: 250
- Noyabr 09, 2026
- 0

“Sabah” müdafiəçi Amin Seydiyevlə yeni müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki, 24 yaşlı millinin futbolçusu ilə sözləşmə 2026-cı ilə kimi uzadılıb.
O, 2020-ci ildən “Sabah”da çıxış edir. Paytaxt təmsilçisində 71 rəsmi matç keçirib (66 oyun premyer liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.