Amit Quluzadə Yunanıstan klubuna keçə bilər

Hazırda klubsuz qalan təcrübəli futbolçu Amit Quluzadə yenidən ölkə xaricinə yollana bilər. Belə ki, Yunanıstanın 2-ci liqa təmsilçisi “Apollon Larissa” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Allsport.az xəbər verir ki, əgər tərəflər müqavilə şərtlərini razılaşdırsa, A.Quluzadə Ellada təmsilçisi ilə birillik müqavilə bağlayacaq.

Futbolçu bundan əvvəl də Yunanıstanda çıxış edib və məhz Larissa şəhərinin eyni adlı təmsilçisində oynayıb. Onun sonuncu klubu isə Moldovanın “Milsami” komandası olub.

Həmin kateqoriyadan