Anatoli Banişevskinin xatirəsi yad olunub

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi”nin heyətində oynamış, SSRİ yığmasında çıxış etmiş, dövrünün ən güclülərindən hesab edilən Anatoli Banişevskinin vəfatından 25 il ötür.

Allsport.az saytı xəbər verir ki, bu gün mərhum futbolçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri onun məzarını ziyarət edib, gül dəstələri qoyublar.

Həmin kateqoriyadan