Anatoli Banişevskinin xatirəsinə turnir keçirilib

Milli olimpiya komitəsi, Bakı şəhər gənclər və idman baş idarəsi, Azərbaycan futbol federasiyaları assosiasiyası və Bakı kəndlər futbol federasiyasının birgə təşkilatçılığı ilə məşhur futbolçu, “Şöhrət” ordenli Anatoli Banişevskinin xatirəsinə turnir keçirilib.

Allsport.az saytı xəbər verir ki, yarışda 6 komanda (Yasamal, Səbail, Binəqədi, Abşeron, Cürət, Binə) mübarizə aparıb. Yekunda Abşeron komandası qalib olub. Səbail 2-ci, Yasamal 3-cü yer tutublar.

Qalib komandaya kubok, digər mükafatçılara xatirə hədiyyələri və diplomlar verilib. Təşkilatçılar tərəfindən turnirin bombardirinə və veteran oyunçusuna xatirə kubokları təqdim edilib.

Həmin kateqoriyadan