Araz yeni klubunda debüt etdi, komandası səfərdə “Apollon”a uduzdu

Azərbaycanlı futbolçu Araz Abdullayev, yeni klubu “Etnikos”da rəsmi debüt edib. Allsport.az saytı xəbər verir ki, o, Kiprin “A” divizionunda “Apollon”la səfər matçında oynayıb.

İlk turda görüş meydan sahiblərinin 4:2 qələbəsi ilə başa çatıb. Həmyerlimiz start heyətdə meydana daxil olub və 68-ci dəqiqədə hesab 2:2 olarkən əvəzlənib.

Millimizin sabiq üzvü bu yay Axnas klubu ilə 1-illik anlaşıb.

Həmin kateqoriyadan