Aslan Şahgəldiyev: “Kubokda komanda sayının az olması bizi də narahat edir”

AFFA-nın inzibati binasında ölkə kubokunun püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, Peşəkar futbol liqasının vitse-prezidenti Aslan Şahgəldiyev region liqası komandalarının bu rəqabətə buraxılmasının mümkünlüyü ilə bağlı bunu deyib:

“Kubokda komanda sayının az olması bizi də narahat edir. Bildiyiniz kimi, 1-ci divizon komandalarının hamısı kubokda iştirak etmir. “Zaqatala” və “İmişli” futbol klubları maliyyə çatışmazlığı səbəbindən imtina məktubu göndəriblər. Region liqasında çıxış edən komandaların kuboka buraxılması məsələsinə gəldikdə, bu yarışda çıxış edən komandalar həvəskar statusu daşıyır, bizim əsasnaməyə görə isə Azərbaycan kubokunda iştirak edən komandaların peşəkar statusu olmalıdır.

Düşünürük ki, kuboka qatılmaq istəyən komanda infrastrukturla bağlı heç olmasa minimal tələblərə cavab verməlidir. İstənilən halda növbəti mövsümdən region liqasında çıxış edən komandaların kubokda çıxış etməsi məsələsini AFFA ilə birlikdə müzakirə edəcəyik”.

Həmin kateqoriyadan