Avro-2028-dən də kənarda qaldı

Avro-2028-dən də kənarda qaldı

UEFA Rusiyanın beynəlxalq futboldan kənarlaşdırılmasını uzadıb.

Allsport.az xəbər verir ki, Rusiya millisi Avro-2028-in seçmə mərhələsinin püşkatmasında iştirak edəcək komandaların siyahısına daxil edilməyib.

Beləliklə, yığma Böyük Britaniya və İrlandiyada keçiriləcək turnirdə mübarizə aparmayacaq.

Rusiya klubları və milli komandaları 2022-ci il fevralın 28-dən FİFA və UEFA-nın qərarı ilə beynəlxalq yarışlardan uzaqlaşdırılıb.

Həmin kateqoriyadan