Faiq Qarayev yeniyetmə voleybolçularla görüşüb

Faiq Qarayev yeniyetmə voleybolçularla görüşüb

Azərbaycan voleybol federasiyasının (AVF) vitse-prezidenti, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev, Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – şərqi Avropa voleybol zonal assosiasiyası çempionatı) iştirak edəcək qızlardan ibarət U-16 yığmasının üzvləri ilə görüşüb.

Allsport.az xəbər verir ki, o bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli oyunçuların gələcəkdə əsas millinin heyətində yer alacaqlarına ümidini ifadə edib.

Vitse-prezident voleybolçulara hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. O, voleybolçuların yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.

Həmin kateqoriyadan