Futbola “əlvida” dedi

Futbola “əlvida” dedi

İspaniyalı qapıçı Antonio Adan 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, “Real”ın (Madrid) yetirməsi olan qolkiper sosial şəbəkə hesabında videomüraciət paylaşaraq uzun müddət fikirləşdikdən sonra bu addımı atdığını bildirib.

Xatırladaq ki, 2010-cu ildə “Real”ın əsas komandasında debüt edən Adan 2012-ci ildə Joze Mourinyo ilə İker Kasilyas arasındakı məşhur qarşıdurma fonunda şans qazanmışdı. Karyerası ərzində “Kalyari”, “Real Betis”, “Atletiko” (Madrid), Lissabon “Sportinq”i kimi tanınmış klubların şərəfini qoruyan qapıçının son klubu İranın “İstiqlal” kollektivi olub.

Həmin kateqoriyadan