- Baxış sayı: 0
- 18 Noyabr 2026 22:36
- Baxış sayı: 415
- Noyabr 09, 2026
- 0

“İnter Mayami”nin hücumçusu Luis Suares “Barselona”nın gənc oyunçusu Lamin Yamal ilə Lionel Messi arasında tez-tez aparılan müqayisələrə münasibət bildirib.
Allsport.az xəbər verir ki, 39 yaşlı forvard argentinalı ulduzun nailiyyətlərini təkrarlamağın mümkünsüz olduğunu deyib:
“Söhbət 19 yaşlı bir oyunçudan və hər şeyi qazanmış 39 yaşlı Leodan gedir. Düşünürəm ki, onları müqayisə etmək ədalətli deyil. Lamin hələ çox gəncdir. Onu qarşıda parlaq karyera gözləyir. Lakin Messinin nailiyyətlərini təkrarlamaq demək olar ki, qeyri-mümkündür”.