“Atletiko”da 2 itki birdən

“Atletiko”da 2 itki birdən

Madrid “Atletiko”su milli komandaların oyunlarından sonra iki futbolçusunu itirə bilər.

Allsport.az xəbər verir ki, Ademola Lukman Nigeriya millisində dizindən, Mark Pubil isə İspaniya yığmasında sol topuğundan zədələnib.

Lukmanın diz bağlarında dartılma aşkarlanıb. Nigeriyalı hücumçu əlavə müayinədən keçmək üçün Madridə qayıdıb. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağı hələ məlum deyil.

Pubilin zədəsi isə ciddi deyil. Müdafiəçinin noyabrın 22-də “Xetafe” ilə matçı buraxmaq ehtimalı var. Bununla belə, onun növbəti həftə çempionlar liqasında “Vikinq”lə görüşə hazır olacağı gözlənilir.

“Atletiko”nun digər futbolçusu Kristian Romero da zədədən sonra bərpa olunur.

Həmin kateqoriyadan