Müqaviləsi yenilənəcək

Müqaviləsi yenilənəcək

“Arsenal”ın müdafiəçisi Pyerro İnkapiye klubla müqaviləsini daha əlverişli şərtlərlə uzatmağa hazırlaşır.

Allsport.az xəbər verir ki, futbolçunun London təmsilçisi ilə imzalayacağı yeni müqavilə 2032-ci ilə qədər qüvvədə olacaq.

Onun hazırkı sözləşməsinin müddəti isə 2031-ci ildə başa çatır.

İnkapiye cari mövsüm İngiltərə premyer liqasında 5 qarşılaşmada iştirak edib və qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Həmin kateqoriyadan