- Baxış sayı: 98
- 16 Noyabr 2026 21:59
- Baxış sayı: 415
- Noyabr 09, 2026
- 0

Noyabrın 18-də Daşkənddə cüdo üzrə gənclər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin ilk rəqibləri bəlli olub.
19–22 noyabr tarixlərində keçiriləcək dünya çempionatının fərdi yarışlarında Azərbaycan 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunacaq.
Mundialda 78 ölkədən 574 idmançı iştirak edəcək. Fərdi yarışlar noyabrın 19–21-də baş tutacaq.
Azərbaycan cüdoçularının ilk rəqibləri:
Qızlar
-48 kq, 1/16 final
Nərgiz Əhmədova – Maria Valensiya (Çili)
-52 kq, 1/16 final
Aysun Məmmədova – Rima Burihan (Kanada)
-57 kq, 1/16 final
Xədicə Qədəşova – Selin Bestav (Türkiyə) / Nino Xaraişvili (Gürcüstan) cütünün qalibi ilə
Vüsalə Hacıyeva – Nika Tomts (Sloveniya)
-63 kq, 1/16 final
Hanna Zaytseva – Məryəm Natelauri (Gürcüstan)
Oğlanlar
-60 kq, 1/16 final
Ayxan Mirzəzadə – Gavreil Şanran Lu E Xan (Honkonq) / Stratos Xaralampus (Kipr) cütünün qalibi ilə
-66 kq, 1/16 final
Məhəmməd Musayev – Maqni Lauritsen (Danimarka) / Yun Vinq Yat (Honkonq) cütünün qalibi ilə
-81 kq, 1/32 final
Mehdi Abbasov – Edoardo Mikele Russo (İtaliya)
Cəsur İbadlı – Anas Buqammaz (Küveyt)
-90 kq, 1/16 final
Süleyman Şükürov – Nikolas Zadvinski (ABŞ) / İnomjon Bahadırov (Özbəkistan) cütünün qalibi ilə
-90 kq, 1/32 final
Aslan Kotsoyev – Dilşad Naşirov (Özbəkistan)
-100 kq, 1/16 final
Davud Namazlı – Fadil Məhəmməd İsmaqombetov (Qırğızıstan)
-100 kq, 1/32 final
Canpolad Əliyev – İvan Harmaş (Ukrayna)
+100 kq, 1/16 final
Ramazan Əhmədov – Temuulen Munxçuluun (Monqolustan)