FİFA prezidentliyinə ilk yapon namizəd

FİFA prezidentliyinə ilk yapon namizəd

FİFA prezidentliyinə namizədlərin irəli sürülməsi prosesi davam edərkən Yaponiya futbol federasiyasının fəxri prezidenti Kozo Taşimadan mühüm addım gəlib.

Allsport.az xəbər verir ki, o, beş milli futbol federasiyasının dəstəyini alaraq 2027-ci ildə Rabatda keçiriləcək prezident seçkisi üçün rəsmi müraciətini təqdim edib.

Yaponiya futbol federasiyasının açıqlamasında namizədlik müraciətinin noyabrın 17-də FİFA-ya göndərildiyi bildirilib.

Yaponiya millisində futbolçu kimi çıxış edən, daha sonra aşağı yaş qruplarında məşqçi kimi çalışan Tashima FİFA prezidentliyinə namizədliyini irəli sürən ilk yaponiyalıdır. Təcrübəli futbol funksioneri 2015-ci ildən FİFA şurasının üzvüdür.

Həmin kateqoriyadan