İspaniyaya qayıdır?

İspaniyaya qayıdır?

“Real Madrid” və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos karyerasını “Malaqa”da davam etdirə bilər.

Allsport.az xəbər verir ki, İspaniya klubu 40 yaşlı futbolçunu qış transfer pəncərəsində heyətinə qatmağı nəzərdən keçirir.

Rəhbərlik Ramosun müdafiə xəttindəki problemlərin həllinə kömək edəcəyinə və komandaya liderlik edəcəyinə ümid edir. “Monterrey”dən ayrıldıqdan sonra azad agent olan futbolçu karyerasını bitirmək niyyətində deyil və fərdi məşqlərini davam etdirir. O, “Malaqa”ya keçmək üçün aşağı maaşla müqavilə imzalamağa da hazırdır.

“Malaqa” İspaniya çempionatında 12 turdan sonra 5 xalla sonuncu pillədə qərarlaşıb.

Həmin kateqoriyadan