FİFA prezidentliyinə yeni namizəd

FİFA prezidentliyinə yeni namizəd

Avropa futbol assosiasiyaları ittifaqı (UEFA) Fransa futbol federasiyasının rəhbəri Filip Diallonun FİFA prezidenti seçkilərində namizədliyini irəli sürüb.

Allsport.az xəbər verir ki, UEFA icraiyyə komitəsinin iclasında milli assosiasiyalar namizəd olmaq təklifini qəbul edən 63 yaşlı Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər.

FİFA rəhbərinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı prezidenti Canni İnfantino daha əvvəl yeni müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FİFA-ya rəhbərlik edir.

63 yaşlı Diallonun namizədliyinin irəli sürülməsi UEFA ilə FİFA rəhbərliyi arasında dünya futbolunun idarə olunması və inkişafı məsələləri üzrə fikir ayrılıqları fonunda baş verir.

Həmin kateqoriyadan