Mümkün cəzası gecikə bilər

Mümkün cəzası gecikə bilər

“Mançester Siti”nin İngiltərə premyer liqasının maliyyə qaydalarını pozmasına görə cəzalandırılması 2027/28 mövsümünədək uzana bilər.

Allsport.az xəbər verir ki, futbol maliyyəsi üzrə ekspert Stefan Borson klubun apellyasiya şikayətinə dekabrda baxılmasının planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, qərarın açıqlanması üçün əlavə 30-45 gün tələb oluna bilər.

Apellyasiya şikayəti təmin edilməsə, cəzanın müəyyənləşdirilməsi üçün ayrıca dinləmə keçiriləcək. Borson “Mançester Siti”nin mümkün cəzaya da etiraz edəcəyini gözləyir. Beləliklə, dekabrda apellyasiya şikayətini uduzacağı təqdirdə belə, klubu qarşıda ən azı iki dinləmə gözləyir.

Sentyabrın 29-da müstəqil komissiya “Mançester Siti”ni premyer liqanın maliyyə qaydalarını doqquz mövsüm ərzində pozmaqda təqsirli bilib. Liqanın iddiasına görə, klub gəlirlərini süni şəkildə artırıb, xərclərini isə ümumilikdə 900 milyon funt sterlinqdən çox az göstərib.

Mümkün cəzalar arasında pul cəriməsi və turnir cədvəlindən xalların silinməsi var. “Mançester Siti” isə təqsirini qəbul etmir və komissiyanın qərarına etiraz edir.

Həmin kateqoriyadan