“Ronaldunun gedişi məni çox kədərləndirdi”

“Ronaldunun gedişi məni çox kədərləndirdi”

“Orlando Siti”nin hücumçusu Antuan Qrizman Kriştianu Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurmasına münasibət bildirib.

Allsport.az xəbər verir ki, fransalı forvard “Əl-Nəsr”in üzvünün yığmadan gedişinə görə kədərləndiyini deyib:

“Kriştianu Ronaldunun gedişi məni çox kədərləndirdi. O, əsl əfsanədir – sanki bir maşın, qol ustası və qalibdir. Ona qarşı oynamaqdan həqiqətən zövq alırdım. Portuqaliya millisi ilə əldə etdiyi nailiyyətlər isə tarixə düşəcək səviyyədədir. Onun yerini doldurmaq son dərəcə çətin olacaq”.

Həmin kateqoriyadan