Karyerasını başa vurdu

Karyerasını başa vurdu

İspaniya millisinin, İngiltərənin “Çelsi” və “Mançester Yunayted” klublarının sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında peşəkar karyerasını başa vurub.

Allsport.az xəbər verir ki, futbolçunun son klubu “Melburn” (Avstraliya) olub. O, 2026-cı ilin sentyabrında kollektivdən ayrılıb.

Mata “Çelsi”Nin heyətində 2012-ci ildə UEFA çempionlar liqasını, 2013-cü ildə isə UEFA Avropa liqasının qalibi olub. Həmçinin 2017-ci ildə “Mançester Yunayted”in heyətində UEFA Avropa liqasında çempionluq yaşayıb. O, “Valensiya” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Vissel Kobe” (Yaponiya) və “Vestern Sidney Uonderers” (Avstraliya) klublarında da oynayıb.

Mata İspaniya yığması ilə birlikdə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionatının qalibi olub. Yarımmüdafiəçi milli komandada 41 matç keçirib və 10 qol vurub.

Həmin kateqoriyadan