- Baxış sayı: 0
- 18 Noyabr 2026 22:36
- Baxış sayı: 415
- Noyabr 09, 2026
- 0

Niderland millisinin baş məşqçisi Xavi Hernandes dünən UEFA millətlər liqası çərçivəsində Almaniya yığmasına 0:5 hesablı məğlubiyyətdən sonra azarkeşlərdən üzr istəyib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis məsuliyyəti öz üzərinə götürdüyünü bildirib:
“Azarkeşlərimizdən üzr istəyirəm. Üç gün əvvəl ən yaxşı tərəflərimizi göstərmişdik, bu gün isə ən pisini ortaya qoyduq. Baş verənlərə görə məsuliyyəti öz üzərimə götürürəm. Təbii ki, futbolçular da bu məsuliyyəti bölüşürlər. Biz bir komandayıq, bir ailəyik. Matçdan sonra danışdıq və oyunçular baş verənlərlə bağlı fikirlərini açıq şəkildə bildirdilər. Mən də bu məğlubiyyətdən dərs çıxarmağa çalışıram”.