- Baxış sayı: 0
- 18 Noyabr 2026 22:36
- Baxış sayı: 415
- Noyabr 09, 2026
- 0

“Bayer”in müdafiəçisi Lukas Vaskes “Barselona”nın hücumçusu Lamin Yamalın istedadını yüksək qiymətləndirib.
Allsport.az xəbər verir ki, “Real”ın (Madrid) sabiq futbolçusu açıqlamasında 19 yaşlı oyunçunun bu qədər erkən yaşda dünya futbolunun aparıcı simalarından birinə çevrilməsini xüsusi vurğulayıb:
“Laminin istedadı futbol tarixində indiyədək görmədiyimiz hadisədir. Belə gənc yaşda bu qədər böyük rol oynayan futbolçu ilə karyeram ərzində rast gəlməmişəm”.
Vaskes Yamalın artıq dünya futbolunun ən böyük ulduzları sırasında yer aldığını bildirib. O, Xavi, Andres İnyesta və Raul kimi futbolçuları nümunə göstərərək, ispaniyalı hücumçunun da bu səviyyəyə çatdığını qeyd edib.