- Baxış sayı: 38
- 17 Noyabr 2026 21:45
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Misir millisinin futbolçusu Məhəmməd Salah yığmanın tarixində ən yaxşı bombardir rekordunu yeniləyib.
Allsport.az xəbər verir ki, o, bu uğura Afrika millətlər kubokunun seçmə mərhələsi çərçivəsində Malavi ilə keçirilən ev oyununda imza atıb.
Qarşılaşma Misir millisinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Salah görüşdə iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə, eləcə də əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltidən qol vurub.
Beləliklə, 34 yaşlı hücumçunun Misir millisinin heyətində keçirdiyi 123 oyunda vurduğu qolların sayı 70-ə çatıb. O, 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyaraq yığmanın tarixində ən yaxşı bombardir olub.