- Baxış sayı: 47
- 17 Noyabr 2026 20:48
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

“Əl-Nəsr”in futbolçusu Sadio Mane karyerasını Türkiyədə davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Qalatasaray” seneqallı hücumçunun xidmətində maraqlıdır.
34 yaşlı futbolçu “sarı-qırmızılılar”da oynamağa müsbət yanaşır. O, az maaş qarşılığında keçidə də razıdır.
Sadio bu mövsüm 13 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib. O, daha əvvəl “Zalsburq” və “Liverpul”da forma geyinib.