“Avrokubok yolunda bu oyun çox önəmli idi”

 “Zirə” premyer liqanın 24-cü turunda səfərdə “Sumqayıt”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bu qələbənin çox mühüm olduğunu söyləyib:

“Bizim üçün gərgin oyun oldu. Çempionatın sonuna yaxınlaşdıqca futbolçularda əlavə psixoloji basqı olur. Bunu ilk yarıda hiss edirdik. Gözləyirdik ki, ilk yarı bizim üçün daha çətin olacaq. Səbrli, təmkinli oynayaraq, ikinci hissədə daha böyük qüvvə ilə hücum etməyi planlaşdırırdıq.

Kubok oyunu elədir ki, uduzsan kənarda qalırsan. Finala çıxmaq belə, avrokuboklara vəsiqə vermir. Mənim üçün “Zirə”nin avrokuboklar yolunda bu oyun daha önəmli idi. Bütün gücümüzü, fikrimiz bu oyuna yönəltdik.”

Həmin kateqoriyadan