Ayxan Abbasov: “Çempionatın ən kritik oyunlarından idi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov premyer liqanın 23-cü turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib:

“Vacib qələbə qazandıq. Bəlkə də bizim üçün çempionatın ən kritik oyunlarından idi. Qarşıda çətin oyunlar var. İlk hissədə hər iki komanda ehtiyatlı oynadı. İkinci hissədə futbolçularımız üstün oynadı, taktiki tapşırıqları düzgün yerinə yetirdilər. Bu il ilk dəfə “Qəbələ”ni uda bildik. Komandamı, azarkeşlərimizi təbrik edirəm. Sona qədər mübarizə aparacağıq”.

Həmin kateqoriyadan