Ayxan Abbasovu 50-ci qələbəsi

Premyer liqanın 2-ci turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, o, karyerasında 50-ci qələbəsini qazanıb. Onun komandası “Sabah”la ev matçında 2:0 hesabı ilə qalib gəlib.

Bu qələbə onun karyerasında 135-ci matça təsadüf edib. Gənc mütəxəssis “Sumqayıt”da 28 (84 oyunda), bundan əvvəl çalışdığı “Zirə”də 22 (51) oyunda komandasının qalib gəlməsinə sevinib.

Bu qələbələrdən 41-i premyer liqaya təsadüf edib. O, Azərbaycan kubokunda 7, Avropa liqasında 2 uğura şahid olub.

Həmin kateqoriyadan