- Baxış sayı: 40
- 22 İyun 2026 16:16
- Baxış sayı: 54
- İyun 22, 2026
- 0

Azərbaycanda Bakı “İnter”i (indiki “Şamaxı”) və “Neftçi”də çıxış etmiş Georgi Navalovski karyerasını başa vurub. Allsport.az saytı xəbər verir ki, Gürcüstan millisinin sabiq müdafiəçisi 36 yaşında futbolla vidalaşıb.
O, 2009-2010 mövsümünün 2-ci yarısında “bankçılar”da icarə əsasında çıxış edib və Azərbaycan çempionu olub. 2016-2017 mövsümündə “Neftçi”də oynayan futbolçu, “ağ-qaralar”la 13 matça çıxıb.