“Azərbaycan futbolunda bu mənzərənin tez-tez şahidi olmaq istərdim”

“Sabah” premyer liqanın 14-cü turunda evdə “Qarabağ”la qolsuz sülh bağlayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “ağ-göylər”in baş məşqçisi Murad Musayev oyun barədə qısa danışıb:

“Komandama bu gün sərgilənən mübariz oyuna, fədakarlığa və komanda oyununa görə təşəkkür edirəm. Stadiona gələn azarkeşlərə də çox sağ ol deyirəm. Çox güman, bu gün cari mövsümdə azarkeş rekordu qeydə alındı.

Azərbaycan futbolunda bu mənzərənin tez-tez şahidi olmaq istərdim. Qol vurulmamasına baxmayaraq, meydanda müasir, baxımlı futbol izlədik”.

Həmin kateqoriyadan