- Baxış sayı: 51
- 02 May 2024 22:35
- Baxış sayı: 51
- May 02, 2024
- 0
Bu gün səhər saatlarında Xızı rayon Baxışlı və Altıağac kənd tam orta məktəblərinin müəllimləri Bakı-Quba yolunda avtomobil qəzasına düşüblər. Allsport.az saytının məlumatına görə, bu barədə elm və təhsil nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov paylaşım edib.
O bildirib ki, qəza nəticəsində Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Elvin Rüstəmov dünyasını dəyişib: “Xəsarət alan digər müəllimlər isə xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarəti altındadırlar”.
Dünyasını dəyişən şəxs həm də “Neftçi” TV-nin əməkdaşı olub. Elvin Rüstəmov şərhçi kimi fəaliyyət göstərib. Hadisə ilə əlaqədar onun yaxınları və həmkarları sosial mediada mesajlar paylaşaraq bu xəbərdən sarsıldıqlarını bildiriblər.
Allah rəhmət eləsin!