“Azərbaycanda mənə sevgi göstərdilər”

“Azərbaycanda iki klubda oynadım və mənə qarşı olan münasibətdən razı qaldım. Burada kiçik problemlər yaşadım, lakin bu ölkəyə getdiyim üçün peşman deyiləm”.

Allsport.az xəbər verir ki, bu fikirləri hazırda Cənubi Afrika Respublikasının “Amazulu” klubunda çıxış edən “Sabah” və “Səbail”in sabiq futbolçusu Hendrik Ekşteyn “Soccerladuma” nəşrinə müsahibəsində deyib.

30 yaşlı yarımmüdafiəçi “Səbail”də ulduz futbolçu Maykl Essyenlə birlikdə oynadığını xatırladıb: “Bu, mənim karyeramın zirvəsi idi. Essyenlə hələ də əlaqəni davam etdiririk. Ümumiyyətlə, Azərbaycanda mənə sevgi göstərdilər”.

Hendrik Ekşteyn 2019-cu ildə “Sabah”ın, 2020/2021 mövsümündə isə “Səbail”in formasını geyinib.

Həmin kateqoriyadan