“Azərbaycanda maaş problemi yoxdur”

“Albaniyadan əvvəl “COD Yunayted”də oynadım. Getdiyim liqaların standartları aşağı ola bilər, lakin onlar hələ də Nigeriya çempionatından bir neçə addım öndədir”.

Allsport.az xəbər verir ki, bunu “Qəbələ”nin sabiq futbolçusu Ceyms Adeniyi karyerası ilə bağlı danışarkən deyib.

Nigeriyalı hücumçu bildirib ki, bu keçidlər ona irəliyə getmək üçün lazım idi: “Sonradan Azərbaycana köçmək məcburiyyətində qaldım. Amma orada daha yaxşı təşkilatlanmış liqa gördüm. Premyer Liqada maaş problemi yoxdur”.

Ceyms Adeniyi 2018/2019 və 2020/2021 mövsümünü “Qəbələ”də keçirib. O, ötən mövsümün sonunda İsrailin “Makkabi” (Petah-Tikva) klubuna transfer olunub.

Həmin kateqoriyadan