AzDBTİA-nın nümayəndə heyəti “Old Trəfford”da olub

Dövlət bədən tərbiyəsi və idman akademiyasının “İdman jurnalistikası” magistr proqramının tələbələri və idman işləri üzrə prorektor, olimpiya çempionu Fərid Mansurov İngiltərənin 2-ci ən böyük stadionu, “Mançester Yunayted” klubunun ev oyunlarını keçirdiyi “Old Trəfford”da səfər ediblər.

Allsport.az saytı xəbər verir ki, qonzqlar dünyaca məşhur klubun qazandığı kubokları, oyun formalarını və futbolçuların tarixi çıxışlarını əks etdirən fotostendi izləyib, mətbuat konfransı zalı və media tribunasında jurnalistlərin işlərinin tənzimlənmə qaydası, ehtiyat oyunçular üçün ayrılmış zonalar, stadionun tribunalarının funksiyası haqqında məlumatlandırılıblar.

Həmin kateqoriyadan