AzDBTİA-nın tələbələri BOS-da VAR-la tanış olub

Dövlət bədən tərbiyəsi və idman akademiyasının “İdman menecmenti” magistr ixtisasının tələbələri Bakı olimpiya stadionunda olublar. Allsport.az saytı xəbər verir ki, VAR (video köməkçi hakim) mərkəzində AFFA-nın hakimlər komitəsinin sədri Frits Ştuxliklə görüşən magistrantlar, bununla bağlı seminar keçiriblər.

Bundan başqa, tələbələr stadionun media tribunası, paltardəyişmə və mətbuat otaqları, SKY BOX və VİP yerlərlə tanış olmaq imkanı da qazanıblar.

Sonra AzDBTİA-nın tələbələri isveçrəli beynəlxalq ekspert, “Sportanalytics” konsaltinq şirkətinin təsisçisi və rəhbəri Con Andrea Şoşerlə birgə BOS-un mətbuat katibi Fərid Əsədzadə ilə görüşərək onları maraqlandıran məsələlərlə bağlı suallar veriblər.

Tələbələrə mühazirə oxunması ilə BOS-a səfər başa çatıb.

Həmin kateqoriyadan