- Baxış sayı: 39
- 22 İyun 2026 16:16
- Baxış sayı: 53
- İyun 22, 2026
- 0

Premyer liqanın XIII turu Bədavi Hüseynov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, təcrübəli müdafiəçi “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib.
Yubiley “Kəpəz”lə ev matçına təsadüf edib. 31 yaşlı futbolçu komandasının 3:1 hesablı qələbə qazandığı qarşılaşmada meydana sonradan daxil olub.
Debütü 2012/13 mövsümünə təsadüf edən Bədavi bütün turnirlər nəzərə alınmaqla çıxdığı 300 görüşdə 4 qola imza atıb. O, “Qarabağ”ın tarixində 300 və daha çox oyun keçirən 10-cu futbolçudur.