“Bəzən yaxşı oynayıb məğlub olursan”

“Sabah” premyer liqanın ilk turunda öz meydanında “Səbail”ə  0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Ramin Quliyev yenilgiyə belə aydınlıq gətirib:

“Rəqib komandanı təbrik edirəm. Fikrimcə, bu gün gözəl, baxımlı futbol oynadıq. Düzdür, itirdiyimiz 3 xal çempionat boyu bizə çox lazım olacaq. Lakin bu gün futbolçularımın oyuna hazırlığından, yanaşmasından və göstərdiyimiz futboldan razı qaldım.

Məğlub olmağımıza baxmayaraq, paltardəyişmə otağında onlara təşəkkür etdim. Futbolda belə anlar olur. Bəzən pis oynayıb qələbə qazanırsan, bəzən də yaxşı oynayıb məğlub olursan. Bu da, həmin oyunlardan biri idi”.

Həmin kateqoriyadan