“Bəzi məqamlarda dəqiqlik çatmadı”

“Zirə” premyer liqanın 22-ci turunda evdə “Keşlə” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Son turlarda çox yaxşı futbol göstərən komandaya qarşı oynayırdıq. Baxmayaraq ki, uzun müddətdi qələbə qazanmırlar, matçın gedişi də təhlükəli rəqib olduqlarını göstərdi. Oyun üstünlüyümüzlə keçdi.

Bəzi məqamlarda dəqiqlik çatmadı, hücumları tamamlaya bilmədik. Hər halda, 1 xal qazandıq. Qarşıdakı oyunlara baxacağıq. Kubokun yarımfinalında da “Keşlə” ilə rəqibik. Bu matç göstərdi ki, kubokda bizi çətin, gərgin oyunlar gözləyir”.

Həmin kateqoriyadan