“Bakıda qələbə üçün hər şeyi ortaya qoyacağıq”

“Mənim üçün heç nə bitməyib. Azərbaycandakı matçda maksimum nəticə göstərməyə çalışacağıq. 90 dəqiqə boyu yaxşı oynaya bilməzsən. Hansı rəqibə qarşı mübarizə apardığımızı bilirdik”.

Allsport.az saytı xəbər verir ki, bunu AEL-in baş məşqçisi Duşan Kərkəz konfrans liqasının 3-cü təsnifatında “Qarabağ”la ilk matç (1:1) haqqında deyib. O, cavab oyununda qələbə qazanmaq imkanlarının qaldığını söyləyib:

“Rəqib avrokubokların qrup mərhələlərində çox iştirak edib. “Qarabağ”la bərabər səviyyədə oynadıq. Daha diqqətli olsaydıq, 2-ci qolu vura bilərdik. Qələbə üçün hər şeyi ortaya qoyacağıq. Hazırlaşmaq və mərhələ adlamaq üçün vaxtımız var.

Təcrübəli bir komanda ilə üz-üzə gəldik. Bilirdim ki, nəticə nə olursa, olsun, cavab qarşılaşması vacib olacaq. Sonda qol buraxmağımız yaxşı deyil. Azarkeşlərimizə təşəkkür edirəm. Mən komandamı tanıyıram. Buna görə də daha çox şey gözləyirəm”.

Bu komandalar arasında cavab görüşü avqustun 12-sində Tofiq Bəhramov adına respublika stadionunda saat 20:00-da başlayacaq.

Həmin kateqoriyadan