Barselonada görüntüləndilər

Barselonada görüntüləndilər

“Real Madrid”in futbolçusu Kilian Mbappe sevgilisi Ester Eksposito ilə İspaniyanın Barselona şəhərində görüntülənib.

Allsport.az xəbər verir ki, cütlük şəhərin məşhur “Saqrada Familia” məbədini ziyarət edib.

Onların məbədin sütunlarından birinə baxdığı anlar azarkeşlər tərəfindən lentə alınıb.

Mbappe və Eksposito Barselonadan heç bir görüntünü sosial şəbəkə hesablarında paylaşmayıblar. Ehtimal olunur ki, cütlük istirahət zamanı azarkeşlərin diqqətindən yayınmağa çalışır.

Həmin kateqoriyadan