- Baxış sayı: 52
- 09 Noyabr 2026 22:21
- Baxış sayı: 297
- Noyabr 09, 2026
- 0

Avstraliyada at yarışı zamanı ağır xəsarət alan 22 yaşlı jokey İzzi Nil xəstəxanada vəfat edib.
Allsport.az xəbər verir ki, hadisə noyabrın 8-də Uorren şəhərində keçirilən Kotton Kuboku yarışında baş verib.
1600 metr məsafəyə yarışın 400 metrlik nişanı yaxınlığında atdan yıxılan Nil başından xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra helikopterlə Dabbo xəstəxanasına çatdırılıb. Jokey xəstəxanaya yerləşdirildikdən sonra kritik vəziyyətdə olub və həyatını xilas etmək mümkün olmayıb.
Nilin mindiyi “Marnu” adlı at da ön ayağından aldığı zədə səbəbindən evtanaziya edilib.