- Baxış sayı: 73
- 08 Noyabr 2026 11:27
- Baxış sayı: 299
- Noyabr 09, 2026
- 0

Batut gimnastikası və tamblinq üzrə Azərbaycan millisinin üzvləri Çində keçirilən 39-cu dünya çempionatından vətənə qayıdıblar.
Allsport.az xəbər verir ki, Nankin şəhərində təşkil olunan mundialda idmançılarımız 1 qızıl və 2 gümüş medal qazanıblar.
Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq komandamız ardıcıl üçüncü dəfə dünya çempionu olub.
Batut gimnastikası üzrə qarışıq sinxron proqramda çıxış edən Selcan Mahsudova və Maqsud Mahsudov gümüş medal əldə ediblər. Tamblinq üzrə fərdi yarışda ikinci yeri tutan Tofiq Əliyev isə dünya çempionatında fərdi proqram üzrə ilk medalını qazanıb.
İdmançılarımızı hava limanında ailə üzvləri, media və federasiya nümayəndələri qarşılayıblar.