“Barselona”nın keçmiş futbolçusu “Sabah”da

“Sabah” yeni transferini açıqlayıb. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı yarımmüdafiəçi Xuan Kamaranı heyətinə qatıb.

Müqavilənin şərtləri açıqlanmayıb. O, yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək. Kamara “Sabah”a Polşa təmsilçisi “Yagelloniya”dan keçib. İspaniyalı vinger ötən mövsümün ikinci yarısını icarə əsasında “Universitatya Krayova”da (Rumıniya) oynayıb.

Kamara 2014-2018-ci illərdə “Barselona”nın futbolçusu olub.

Həmin kateqoriyadan