Sənan Qurbanov istefa verdi: “Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil”

Bu gün “Şamaxı”nın baş məşqçisi Sənan Qurbanov istefa verib. Allsport.az saytı xəbər verir ki, o, premyer liqanın 23-cü turunda “Qarabağ”a 0:8 hesabı ilə uduzduqları oyundan sonra, mətbuat konfransında qərarını açıqlayıb:

“Belə məğlubiyyətdən sonra nəsə danışmaq çətindir. Oyuna itkilərlə çıxmışdıq. Acı məğlubiyyətdir. Rəhbərliklə danışdıq, getməyə qərar verdim.

Gələcək oyunlarda “Şamaxı”ya uğurlar arzu edirəm. Ölkə kubokunu qazandıq, burada yaxşı günlərimiz oldu. Belə acı məğlubiyyətdən sonra qalmağım düzgün deyil”.

Sənan Qurbanov 2021-ci ildən “Şamaxı”nı (“Keşlə”) çalışdırırdı. Onun komandası hazırda premyer liqada 20 xalla 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan