“Belə hesabla uduzmağımız bizi üzür”

Premyer liqanın 25-ci turunda “Neftçi”yə evdə 0:3 hesabı ilə uduzan “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov mətbuat konfransında iştirak edib. Allsport.az xəbər verir ki, o, məğlubiyyəti şərh edib:

“Sıx qraikdə oynayırıq. Oyunçu dəyişmək üçün futbolçu azdır. Bu da özünü meydanda göstərdi. 120 dəqiqəlik kubok matçından sonra bərpa olunmağa çalışdıq. Vaxt çox az idi. Rəqibin də usta fubolçuları öz sözünü dedi. Belə hesabla uduzmağımız bizi üzür. Oyunu təhlil edəcəyik. Müdafiə və hücumdakı səhvləri aradan qaldırmağa çalışacağıq. Qol fürsətlərimz oldu, ancaq dəyərləndirə bilmədik. Rəqib imkanlardan yararlandı, biz isə yox”.

Həmin kateqoriyadan